Dividend

Dividendlər (ing. dividends) — səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır[1].

Şirkətlərin mənfəəti istifadə etməsinin iki əsas yolu var[2]: ya gəliri yenidən investisiya edərək biznesi böyütmək, ya da onu dividend şəklində səhmdarlara ödəmək. Dividendlər, investorlar üçün yalnız gəlir mənbəyi deyil, həm də şirkət performansı və maliyyə sabitliyi barədə göstərici kimi çıxış edir. [3] Şirkətlərin dividend siyasəti onların inkişaf strategiyasını əks etdirir və bu, müxtəlif növ investorlar üçün fərqli üstünlüklər yaradır. [4]Dividendlər üzərində qurulan düzgün strategiya uzunmüddətli sərvət yığımı və sabit gəlir təmin edə bilər. Dividendlər, adətən, şirkətin maliyyə vəziyyətini, sabitliyini və səhmdarların maraqlarını əks etdirən bir göstərici kimi qəbul edilir.[5][6]

  1. "Dövlət maliyyəsi terminləri lüğəti" (PDF). 2014-08-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-04-23.
  2. Frank, Murray; Jagannathan, Ravi. "Why do stock prices drop by less than the value of the dividend? Evidence from a country without taxes". Journal of Financial Economics. 47 (2). 1998-02-15: 161–188. doi:10.1016/S0304-405X(97)80053-0. ISSN 0304-405X.
  3. Meritt, Cam. "Corporate Taxation When Issuing Dividends". Houston Chronicle. 7 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2019.
  4. "dividend". Online Etymology Dictionary. Douglas Harper. 2001. October 12, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2006.
  5. Freedman, Roy S.: Introduction to Financial Technology. (Academic Press, 2006, ISBN 0123704782)
  6. DK Publishing: The Business Book (Big Ideas Simply Explained). (2014, ISBN 1465415858)

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in